La Liqa klubunda müəmma: 6 futbolçu yatağa düşdü

La Liqa klubunda müəmma: 6 futbolçu yatağa düşdü

Bu həftə başlayacaq İspaniya çempionatında yeni mövsümün startı ərəfəsində "Jirona" düşərgəsində səs-küy yaşanır. 

Fanat.Az xəbər verir ki, müəmmalı infeksiya bir anda komandanın 6 oyunçusunu "vurub". 

Bu barədə "El Desmarque" məlumat yayıb. 

Xəstələr arasında niderlandlı yarımmüdafiəçi Donni van de Beek, həmçinin ukraynalı Viktor Tsqankov kimi futbolçular da var. 

“Jirona” çempionatın ilk günündə, yəni avqustun 15-də “Betis” ilə qarşılaşmalı olacaq. Keçən il Kataloniya klubu İspaniya çempionatının turnir cədvəlində yalnız "Real Madrid" və "Barselona"dan geri qalaraq üçüncü yeri tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər