La Liqa klubunda İraolanı o əvəz edəcək - RƏSMİ 

La Liqa klubunda İraolanı o əvəz edəcək - RƏSMİ 

İspaniya klubu “Rayo Valyekano”da yeni baş məşqçisi təyinatı baş tutub.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi Fransisko Rodriqesə tapşırılıb.

Klubun rəsmi saytı 45 yaşlı ispan mütəxəssisin keçidini elan edib. Onunla 1 illik müqavilə imzalanıb.

Fransisko bundan əvvəl İspaniyanın “Jirona”, “Elçe”, “Hueska”, “Kordoba”, “Luqo”, “Mursiya” və “Almeriya” kimi klublarını çalışdırıb. 

O, "Rayo Valekano"nun baş məşqçi postunda Andoni İraolanı əvəz edib. İraola bu yay İngiltərənin “Bornmut” komandasının “sükanı arxası”na keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər