La Liqa klubunda iki yeni müqavilə, bir ayrılıq

La Liqa klubunda iki yeni müqavilə, bir ayrılıq

“Betis” qapıçısı Klaudio Bravo və yarımmüdafiəçisi Andres Quardado ilə müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, əvvəlki sözləşməsinin müddəti bu ayın sonunda bitməli olan hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Bravo 2020-ci ildən “Betis”də çıxış edir. 40 yaşlı qolkiper La Liqa təmsilçisində indiyə qədər 65 oyuna çıxıb.

Andres Quardado isə 2017-ci ildən “Betis”in uğurları üçün çalışır. 36 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 199 oyunda 5 qol vurub.

“Betis” mərkəz müdafiəçisi Vitkro Ruislə də yollarını ayırdığını açıqlayıb. Müqaviləsinin müddəti bu ay bitən 34 yaşlı ispana yeni sözləşmə təklif olunmayıb. O, 2020-ci ildən oynadığı “Betis”də 68 oyuna 2 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər