La Liqa klubunda baş məşqçi istefası reallaşdı

La Liqa klubunda baş məşqçi istefası reallaşdı

İspaniyanın "Rayo Valyekano" klubu Fransisko Rodrigesi komandanın baş məşqçisi vəzifəsindən göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə klub mətbuat xidməti vasitəsilə açıqlama yayıb.

Qərar La Liqada keçirdiyi son 5 matçın heç birində qalib gələ bilməyən komandanın zəif nəticələrindən sonra verilib.

"Rayo Valyekano" hazırda İspaniya çempionatında 14-cü yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər