La Liqa klubuna idman direktoru məşqçilik edəcək

La Liqa klubuna idman direktoru məşqçilik edəcək

Ötən gün baş məşqçisi Kike Floresi istefaya göndərən "Xetafe"yə kimin rəhbərlik edəcəyi bəlli olub. 

Fanat.Az xəbər verir ki, klubun idman direktoru Ruben Reyes müvəqqəti olaraq komandanın baş məşqçisi vəzifəsini icra edəcək. 

Məlumatı La Liqa təmsilçisinin mətbuat xidməti yayıb. 

Qeyd edək ki, "Xetafe" İspaniya La Liqasında 31 turdan sonra 31 xalla 17-ci sırada qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər