La Liqa klubu yeni istedadına qiymət qoydu - MƏBLƏĞ 

La Liqa klubu yeni istedadına qiymət qoydu - MƏBLƏĞ 

20 yaşlı hücumameyilli yarımmüdafiəçi Yeremi Pino qış transfer pəncərəsində hazırkı klubu "Vilyarreal"ı tərk edə bilər. Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. Mənbənin məlumatına görə, “sarı sualtı qayıq” istedadlı futbolçusu ilə 40 milyon avro qarşılığında yollarını ayıra bilər. Pinoya iddialılar arasında "Atletiko Madrid", "Yuventus" və "Aston Villa" var. Yereminin ispan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonunda başa çatacaq. İspaniya çempionatının bu mövsümündə yarımmüdafiəçi 6 oyun keçirib və dörd sarı vərəqə alıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər