La Liqa klubu uruqvaylı baş məşqçiyə tapşırıldı - RƏSMİ

La Liqa klubu uruqvaylı baş məşqçiyə tapşırıldı - RƏSMİ

İspaniya "Valyadolid"i yeni baş məşqçi ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Elanda Paulo Petsolanonun baş məşqçi təyin olunduğu açıqlanıb. 39 yaşlı uruqvaylı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Petsolanonun əvvəlki iş yeri ötən il B Seriya çempionluğunu qazandığı Braziliya "Kruzeyro"su olub.

İspaniya La Liqasının turnir cədvəlində 16-cı yeri tutan "Valyadolid" bir neçə gün əvvəl Paçetanı baş məşqçi postundan uzaqlaşdırmışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər