La Liqa klubu sabiq futbolçusu ilə gücləndi

La Liqa klubu sabiq futbolçusu ilə gücləndi

“Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi sabiq yarımmüdafiəçisi Denis Suaresi transfer edib.

Yeddi mövsüm sonra yenidən bu kluba qayıdan Suareslə 3 illik müqavilə imzalanıb.

“Selta”dan transfer olunmuş 29 yaşlı futbolçu üçün nə qədər təzminat ödənildiyi açıqlanmır.

Suares 2015/2016 mövsümündə “Vilyarreal”da çıxış edib. O, həmin vaxt bu komandada 48 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər