La Liqa klubu "Mançester Yunayted"in yarımmüdafiəçisini heyətinə qatacaq

La Liqa klubu "Mançester Yunayted"in yarımmüdafiəçisini heyətinə qatacaq

"Mançester Yunayted"in yarımmüdafiəçi Donni van de Bek İspaniya çempionatında özünə klub tapıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Mənbənin məlumatına görə, "Jirona" 27 yaşlı niderlandlı futbolçunu transfer etməkdə maraqlıdır. 

Artıq danışıqlara start verilib və razılaşmanın son detallarını müzakirə edən tərəflərin yaxın günlərdə transferlə bağlı ortaq məxrəcə gələcəyi gözlənilir. Bundan sonra van de Bek tibbi müayinədən keçəcək və müqavilə bağlayacaq. 

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında Frankfurt “Ayntraxt”ında çıxış edib. O, Bundesliqa klubunda 10 matça çıxıb. Futbolçunun bazar dəyəri 5 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər