La Liqa klubu Qrinvudla bağlı qərarını verdi

La Liqa klubu Qrinvudla bağlı qərarını verdi

Hücumçu Meyson Qrinvud daimi olaraq "Xetafe"yə keçə bilər.

Fanat.Az "The Sun"a istinadən bildirir ki, La Liqa klubu ingilis futbolçunun tam transferini rəsmiləşdirmək istəyir. 

Mənbə bu məsələnin artıq "qırmızı şeytanlar"ın rəhbərliyi ilə müzakirə olunduğunu bildirib.

"Mançester Yunayted" 22 yaşlı futbolçunu karyerasını canlandırmaq üçün cari mövsümün sonuna kimi icarəyə göndərilib. Tezliklə tərəflər arasında icarə müddətini daha bir mövsüm uzadacaqlar. Bu isə "Xetafe"nin gələn il Qrinvudu birdəfəlik almaq imkanını artıracaq.

Qrinvud özü də “Xetafe”də qalmaq istəyir. Forvard İspaniya təmsilçisinin heyətində keçirdiyi on oyunda üç qol vurub və üç məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər