La Liqa klubu Premyer Liqadan qapıçı tapdı

La Liqa klubu Premyer Liqadan qapıçı tapdı

İngiltərənin "Börnli" klubunda çıxış edən Kosovo millisinin qapıçısı Ariyanet Muriç karyerasını İspaniya çempionatında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Mənbənin məlumatına görə, 24 yaşlı qolkiperlə "Sevilya" maraqlanır. Əndəlus klubunun əsas rəqibi "Union Berlin"idir. 

Ariyanet ötən mövsüm Çempionşipdə 41 oyun keçirib. Qapıçı 32 qol buraxıb, 20 matçda qapısını bağlı saxlayıb.

Muriçin transfer qiyməti 9 milyon avro olaraq qiymətləndirilir. Onun "Börnli" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər