La Liqa klubu mövsüm öncəsi itki ilə üzləşdi

La Liqa klubu mövsüm öncəsi itki ilə üzləşdi

“Real Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyu “Sevilya” ilə yoldaşlıq görüşündə (1:0) xəsarət alıb.

Fanat.Az xəbər verir ki, onun avqustun 11-də start götürəcək La Liqanın 1-ci turunda “Betis”ə kömək edə bilməyəcəyi dəqiqləşib.

İlkin müayinələrə əsasən, portuqaliyalı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, “Betis” 2022/2023 mövsümündə İspaniya çempionatını 6-cı pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər