La Liqa klubu milli üzvü ilə gücləndi

La Liqa klubu milli üzvü ilə gücləndi

“Espanyol” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi Meksika yığmasının müdafiəçisi Sesar Montesi heyətinə cəlb edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Meksikanın “Monterrey” klubundan transfer edilmiş 25 yaşlı futbolçu ilə 5.5 illik müqavilə imzalanıb.

Montes karyerası ərzində yalnız “Monterrey”in uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi bu komandada 265 oyuna 13 qol vurub. Meksika yığmasında da 44 oyun keçirən futbolçu 1 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər