La Liqa klubu bu mütəxəssisə tapşırıldı - RƏSMİ

La Liqa klubu bu mütəxəssisə tapşırıldı - RƏSMİ

“Levante”nin yeni baş məşqçisi bəlli olub. 

Fanat.Az xəbər verir ki, Alessio Lişi La Liqa təmsilçisinin "sükanı arxası"na gətirilib.   Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 36 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.   “Levante”ni bu ilin oktyabrından etibarən Xavyer Pereyra çalışdırırdı. Lakin uğursuz nəticələrə görə o, noyabrın 30-da istefaya göndərilib. Elə həmin gündən etibarən komandaya məhz Alessio Lişi müvəqqəti baş məşqçi təyin olunmuşdu. Klub rəhbərliyi daha sonra italiyalı mütəxəssisin bu postda qalmasına qərar verib.   Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 16 oyunda hələ də qələbə qazana bilməyib. 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülən kollektiv 8 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər