La Liqa klubu braziliyalı futbolçu ilə gücləndi

La Liqa klubu braziliyalı futbolçu ilə gücləndi

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun müdafiəçisi Abner Vinisiusu transfer edib.

22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb. İspanlar bu transferə görə “Atletiko”ya 5 milyon avro ödəyiblər.

Abner peşəkar karyerasına “Ponte Preta” komandasında başlayıb. O, 2019-cu ilin iyul ayından “Atletiko”nun uğurları üçün çalışırdı. Braziliyalı müdafiəçi ölkəsinin U-23 yığmasına da dəvət alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər