La Liqa klubu Benitesə əvəzləyici tapdı

La Liqa klubu Benitesə əvəzləyici tapdı

İspaniyanın La Liqa klubu "Selta" Rafael Benitesin istefasından sonra yeni baş məşqçi axtarışına çıxıb. 

Fanat.Az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Portu”nun və “Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqi viqoluların diqqət mərkəzinə düşüb. 

57 yaşlı ispaniyalı çalışdırıcı hazırda işsizdir. Onun son klubu İngiltərənin "Vulverhempton" klubu olub. 

“Selta” hazırkı İspaniya çempionatında sağ qalmaq üçün mübarizə aparır. Sözügedən komanda 28 turdan sonra 24 xal toplayıb və 17-ci yerdədir. "Selta" La Liqanın növbəti oyununda səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər