La Liqa klubu baş məşqçisini qovur - Yerinə namizəd də bilinir

La Liqa klubu baş məşqçisini qovur - Yerinə namizəd də bilinir

İspaniya "Vilyarreal"ı baş məşqçisi Paçeta ilə vidalaşmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, "sarı sualtı qayıq" Paçetanı Marselinyo Qarsiya Torral ilə əvəzləməyi planlaşdırır. O, 2013-cü ilin yanvarından 2016-cı ilin avqustuna kimi çalışdığı kluba qayıtmağa hazır olduğunu bildirib.

Qarsiya Torralın son iş yeri sentyabr ayında ayrıldığı "Olimpik Marsel"i olub.

"Villarreal" La Liqanın bu mövsümündə 12 turdan sonra üç qələbə, üç heç-heçə və altı məğlubiyyətlə 13-cü yerdə qərarlaşıb.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər