"Espanyol"da Abelardo Fernandes dönəmi bitdi.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Abelardo istefaya göndərilib.
"Espanyol" cari mövsümün gedişində üçüncü dəfədi ki, baş məşqçisi ilə yolları ayırır. Mövsümün əvvəlində komandanı David Qalyeqo çalışdırırdı. Oktyabr ayında onu Pablo Maçin əvəzləmişdi. Dekabrda isə post Abelardoya həvalə olunmuşdu.
Müvəqqəti baş məşqçi funksiyasını klubun idman direktoru Rufete yerinə yetirəcək.
31 turdan sonra "Espanyol" La Liqada sonuncu sırada qərarlaşıb. Barselona təmsilçisi Primeroda qalmağa imkan verən 17-ci pillədən 8 xal uzaqdı.
"Espanyol" sabah lider "Real"la qarşılaşacaq.
Fanat.Az