La Liqa klubu baş məşqçisini göndərdi - RƏSMİ

La Liqa klubu baş məşqçisini göndərdi - RƏSMİ

“Sevilya” baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. 

Klub rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Borussiya”ya (Dortmund) 1:4 hesabı ilə uduzduqdan dərhal sonra Lopeteqi ilə yollarını ayırmağa qərar verib. 

O, 2019-cu ilin yayında “Sevilya”ya baş məşqçi təyin edilmişdi. Lopeteqinin rəhbərliyi altında komanda 170 oyuna çıxıb: La Liqada 121 oyun, Kral Kubokunda 15, Avropa Liqasında 16, Çempionlar Liqasında 17 və Avropa Superkubokunda bir oyun. Bu görüşlərdə o, 89 qələbəyə sevinib, 45 heç-heçə və 36 məğlubiyyətlə yadda qalıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər