İspaniya Primyerasında sonuncu – 38-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bütün görüşlər eyni gündə reallaşıb.
Açılış oyununda çempionluğu "Real"a verən "Barselona” acığını səfərdə "Alaves”dən çıxıb. Kataloniya təmsilçisi rəqibini 5 cavabsız qolla darmadağın edib. İstəyinə ötən tur çatan "Real” da rəqib meydanında mübarizə aparıb. Madridlilər "Leqanes”lə bərabərə qalıb - 2:2.
"Leqanes” bu xal itkisinə görə elitayla vidalaşan sonuncu komanda olub. Daha öncə "Espanyol”la "Malyorka”nın Sequndaya düşdüyü müəyyənləşmişdi.
İlk dörd pillədə qərarlaşan "Real”, "Barselona”, "Atletiko” və "Sevilya” UEFA Çempionlar Liqasına vəsiqə qazanıbsa, "Vilyarreal”, "Real Sosyedad” və "Qranada” Avropa Liqasında iştirak hüququna yiyələnib.
İspaniya La Liqası
38-ci tur
19 iyul
Alaves – Barselona 0:5
Qollar: Fati, 24. Messi, 34; 75. L.Suares, 44. Semedo, 57.
Valyadolid – Betis 2:0
Qollar: Qvardiola, 45+1. Plano, 63.
Vilyarreal – Eybar 4:0
Qollar: Zambo, 71. Moreno, 86; 89. M.Qomes, 90+4.
Atletiko – Real Sosyedad 1:1
Qollar: Koke, 30 – Yanuzay, 87.
Espanyol – Selta 0:0
Qranada – Atletik 4:0
Qollar: Soldado, 29. Puertas, 56. C.Fernandes, 67. Montoro, 90+3.
Leqanes – Real 2:2
Qollar: Gil, 45+1. Assale, 79 – S.Ramos, 9. Asensio, 52.
Levante – Xetafe 1:0
Qol: Koke, 90+9.
Osasuna – Malyorka 2:2
Qollar: Adrian, 21. İ.Peres, 68 – Aqbenyenu, 45+1. Budimir, 65.
Sevilya – Valensiya 1:0
Qol: Regilon, 55.
Fanat.Az