La Liqa: “Atletiko” inamlı qələbəyə sevindi

La Liqa: “Atletiko” inamlı qələbəyə sevindi

İspaniya La Liqasında 15-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Betis” - “Atletik” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Jirona” - “Rayo Valyekano” oyununda da qalib müəyyənləşməyib. Madrid “Atletiko”su isə evdə “Elçe”ni 2 cavabsız qolla üstələyib.

İspaniya La Liqası 15-ci tur 29 dekabr

Jirona – Rayo Valyekano 2:2 Qol: Kastelyanos, 34-pen. Says, 75-pen – Kamelyo, 2. Palazon, 62.

Betis – Atletik 0:0

Atletiko – Elçe 2:0 Qol: J.Feliks, 56. Morata, 73.

30 dekabr

20:00. Xetafe – Malyorka 22:15. Kadis – Almeriya 22:15. Selta – Sevilya 00:30. Valyadolid – Real

31 dekabr

17:00. Barselona – Espanyol 19:15. Real Sosyedad – Osasuna 19:15. Vilyarreal - Valensiya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər