ÇL: "Çelsi" işini asanlaşdırdı, "Yuventus"un ümidi Turinə qaldı

ÇL: "Çelsi" işini asanlaşdırdı, "Yuventus"un ümidi Turinə qaldı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" klubu ilə üz-üzə gəlib.

"Zadəganlar" inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlmək şanslarını yaxşılaşdırıb.

Gecənin digər oyununda İtaliya "Yuventus"u İspaniyada "Vilyarreal"la qarılaşıb. Hesabı erkən qolla "qoca sinyora" açsa da, meydan sahibləri yenilgidən qurtulmağı bacarıb.  

Komandalar arasında cavab görüşləri martın 16-də gerçəkləşəcək.

Qeyd edək ki, 1/8 finalın ilk 4 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real Madrid"inə 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə 2:0 hesabı ilə qalib gəlib, "Bayern Münhen" isə Avstriyada "Zaltsburq"la heç-heçə edib - 1:1.

UEFA Çempionlar Liqası 1/8 final, ilk oyunlar

22 fevral

Çelsi (İngiltərə) – Lill (Fransa) 2:0  Qol: Haverts, 8. Pilişiç, 63 Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 1:1  Qollar: Parexo, 66 - Vlahoviç, 1. Baş hakim: Daniel Zibert (Almaniya)

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər