ÇL-də qol yağdı, "Roma" "Barselona"ya "dur" dedi

ÇL-də qol yağdı, "Roma" "Barselona"ya "dur" dedi
Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Fanat.az хəbər verir ki, bu gecə 4 qrupda 8 qarşılaşma baş tutub. 8 oyunda qapılara 28 qol vurulub, 3 futbolçu meydandan qovulub.
E qrupunda turnirin son qalibi "Barselona" "Roma"nın qonağı olub. İlk yarıda iki qolun vurulduğu oyun 1:1 hesabı ilə başa çatıb. Qrupun digər oyununda "Bayer" BATE-ni 4:1 hesabı ilə yenib.
 
Gecənin sürprizi F qrupunda qeydə alınıb. "Arsenal" səfərdə Zaqreb "Dinamo"sununa yenilib - 1:2. Qrupun digər matçında "Bavariya" rəqib meydanında "Olimpiakos"lu darmadağın edib - 3:0.
 
G qrupunda bu mövsüm Premyer Liqada uğursuz çıхış edən "Çelsi" Təl-Əviv "Makkabi"sini 4:0 hesabı ilə üstələyib. London klubundan Eden Hazard penaltini vura bilməyib. Kiyevdə keçirilən "Dinamo" - "Portu" matçı 2:2 hesabı ilə yekunlaşıb.
 
H qrupunda Lion "Olimpik"i Belçikada "Gent"lə "sülh" bağlayıb - 1:1. Fransa klubu 9 nəfərlə qalan rəqibin qapısına təyin olunmuş penaltidən yararlana bilməyib (88-ci dəqiqədə Aleksandre Lakazettenin zərbəsi dəqiq olmayıb). Qrupun digər oyununda isə "Zenit" səfərdə "Valensiya"ya qalib gəlib - 3:2.
Qeyd edək ki, A, B, C və D qruplarının oyunları ötən axşam baş tutub.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 16 sentyabr
E qrupu
Roma (İtaliya) - Barselona (İspaniya) 1:1
Qollar: Alessandro Florenzi, 31 - Luis Suares, 21.
Bayer (Almaniya) - BATE (Belarus) 4:1
Qollar: Admir Mehmedi, 4. Hakan Çalhanoğlu, 47; 75-pen. Çiçarito, 59 - Nemanya Milunoviç, 13.
 
F qrupu
Dinamo (Xorvatiya) - Arsenal (İngiltərə) 2:1
Qollar: Aleks Okslade-Çamberlain, 24 (avtqol). Junior Fernandes, 58 - Teo Ualkott, 79.
Qırmızı vərəqə: Olivier Qiroud, 40 (Arsenal).
Olimpiakos (Yunanıstan) - Bavariya (Almaniya) 0:3
Qollar: Tomas Müller, 52; 90+2-pen. Mario Götze, 89.
G qrupu
Çelsi (İngiltərə) - Makkabi (Təl-Əviv, İsrail) 4:0
Qollar: Villian, 15. Oskar, 45+3-pen. Dieqo Kosta, 58. Kesk Fabreqas, 78.
Dinamo (Ukrayna) - Portu (Portuqaliya) 2:2
Qol: Oleq Qusev, 20.Vitali Buyalski, 89 - Vinsent Abubakar, 23; 81.
 
H qrupu
Gent (Belçika) - Olimpik (Lion, Fransa) 1:1
Qollar: Daniel Miliçeviç, 68 - Kristof Jallet, 58.
Qırmızı vərəqələr: Brext Deyaegere, 41. Tomas Foket, 88 (Genk).
Valensiya (İspaniya) - Zenit (Rusiya) 2:3
Qollar: Joao Kanselo, 55. Andre Qomeş, 73 - Halk, 9; 45. Aksel Vitsel, 76.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər