ÇL: Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşir

ÇL: Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşir

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan komandaları “Birbaşa Bakı” və “AzNur”un da rəqibləri məlum olacaq.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək püşkatmaya 23 ölkədən 28 komanda qatılacaq. Təmsilçilərimiz birinci səbətdə yer alacaqlar.

Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər