"Çelsi"nin yeni transferi Kalidu Kulibali qeyri-adi addımla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, London klubunda 26 nömrəli futbolkanı geyinəcək seneqallı müdafiəçi seçim edərkən "zadəganlar"ın əfsanəsi Con Terriyə zəng vurub və ondan icazə alıb.
Terri "Çelsi"də məhz "26 nömrə" olub.
Kulibali "göylər"in keçmiş kapitanı ilə danışığını "Twitter"də paylaşıb:
- Con, sizdən bir şey soruşmaq istədim. Bildiyiniz kimi, mən "Napoli"də 26 nömrəli formanı geyinmişdim və görürəm ki, siz klubdan ayrıldıqdan sonra heç kim onu almayıb. Soruşmaq istərdim ki, onu ala bilərəmmi?
- Qulaq as, 26 mənim üçün çox xüsusi idi. Dostum, mənə zəng etdiyiniz üçün çox minnətdaram və nömrəni götürməyinizlə bağlı heç bir problem yoxdur. Onu sənə verirəm. Sənə uğurlar arzulayıram. Bu nömrə mənim üçün çox vacib idi.
- Sizdən sonra onu geyinmək çətin olacaq.
- Təzyiq yoxdur, dostum. Sən bizim üçün kuboklar qazanacaqsan.
? July 15th, 2022 Better call…@JohnTerry26 ? Honored and Proud ??#KK @ChelseaFC pic.twitter.com/uYeVA5y7PL
— Koulibaly Kalidou (@kkoulibaly26) August 1, 2022
Qeyd edək ki, 15 yaşında "Vest Hem"dən "Çelsi"yə gələn Terri iki il sonra əsas komandaya qoşulub. 26 nömrəli futbolkanı götürən müdafiəçi "Çelsi"də 717 oyun keçirib.
Mirağa