"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər evrir ki, 28 yaşlı xorvatiyalı futbolçu bu yay klubu tərk etmək niyyətində olduğunu elan edib:
"Çelsi" ilə müqaviləmin bitməsinə 1 il var. Ancaq çox pis mövsüm keçirdim. Gedişat 5 il sonra dəyişiklik olacağına doğru gedir. Futbolda hər cür hal yaşanır. Hazırda Xorvatiya millisinə və Millətlər Liqasına köklənmişəm".
Kovaçiç adının hallandığı "Mançester Siti"yə mümkün keçidinə də münasibət bildirib:
"Mançester Siti" nəhəng komandadır. Onlar Çempionlar Liqasının finalında oynamağa layiqdirlər. Ancaq bunu deyə bilərəm. Yay uzundur. Baxaq görək necə olur. "Çelsi" mənim üçün fenomenal klubdur. Şəhəri və azarkeşləri sevirəm. Onlar da məni sevir. "Çelsi" ilə bağlı xoş xatirələrim var. Nələr yaşanacağını izləyib görəcəyik".
Qeyd edək ki, Kovaçiç 2019-cu ildən "Çelsi"də çıxış edir. 98 oyunda meydana çıxan futbolçu 3 qola imza atıb.
Röya