Konfrans Liqası: "Tottenhem"in oyunu ləğv edildi

Konfrans Liqası: "Tottenhem"in oyunu ləğv edildi

"Tottenhem" və Fransa "Renn"i arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.

Fanat.Az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, səbəb hotspurluların heyətində koronavirusa kütləvi yoluxma halıdır.

Premyer Liqa təmsilçisində 6 nəfərin COVID-19 testi müsbət çıxdığı üçün UEFA matçın oynanılmamasına qərar verib.

Qeyd edək ki, G qrupunda mübarizə aparan "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. Bu qrupda Niderlandın "Vitess" (7 xal) və Sloveniyanın "Mura" (3 xal) komandaları da yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər