Konfrans Liqası: "Roma" evdə büdrədi, "Tottenhem" qələbə qazandı

Konfrans Liqası: "Roma" evdə büdrədi, "Tottenhem" qələbə qazandı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanda “Kayrat”ın qonağı olub və qalib gəlib. Qrupun digər matçında Kipr “Omoniya”sı İsveçrə “Bazel”ini qəbul edib. Bu oyun heç-heçə bitib. Nəticədə “Qarabağ”la “Bazel”in növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.

Turnirin favoritlərindən hesab olunan “Roma” doğma meydanda “Budyo Qlimt”i sınağa çəkib və xal itkisi ilə üzləşib. Baş məşqçi postuna Antonio Konteni gətirən “Tottenhem” İngiltərədə Niderlandın “Vitess” komandasının müqavimətini çətinliklə qıra bilib.

UEFA Konfrans Liqası, qrup mərhələsi IV tur 4 noyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – HJK (Finlandiya) 3:0 Qollar: Kuvas, 22. Linqman, 65-öz qapısına. Hozez, 90+3.

LASK (Avstriya) – Alaşkert (Ermənistan) 2:0 Qollar: Nakamura, 12; 87.

 

S   Komanda O Q H M V B F X
1   Makkabi Təl-Əviv 4 3 1 0 13 2 +11 10
2   LASK 4 3 1 0 8 1 +7 10
3   HİK 4 1 0 3 4 12 -8 3
4   Alaşkert 4 0 0 4 3 13 -10 0

 

   1/8 final         Pley-off

 

B qrupu

Flora (Estoniya) – Anortosis (Kipr) 2:2 Qollar: Sappinen, 55. Zenyov, 58 – Kristofi, 29. Popoviç, 33.

Gent (Belçika) – Partizan (Serbiya) 1:1 Qollar: Tissudali, 80 – Uroseviç, 66.

 

S   Komanda O Q H M V B F X
1   Gent 4 3 1 0 5 1 +4 10
2   Partizan 4 2 1 1 5 2 +3 7
3   Flora 4 0 2 2 4 7 -3 2
4   Anortosis 4 0 2 2 4 8 -4 2

 

   1/8 final         Pley-off

 

C qrupu

Zarya (Ukrayna) – ÇSKA (Bolqarıstan) 2:0 Qollar: Zahedi, 87. Sayyadmaneş, 90+5.

Roma (İtaliya) – Bodo Qlimt (Norveç) 2:2 Qollar: El Şaaravi, 54. İbanes, 84 – Solbakken, 45+1. Botheym, 65.

S   Komanda O Q H M V B F X
1   Budyo Qlimt 4 2 2 0 11 4 +7 8
2   Roma 4 2 1 1 11 9 +2 7
3   Zarya 4 2 0 2 4 6 -2 6
4   MOİK Sofiya   4 0 1 3 1 8 -7 1

 

   1/8 final         Pley-off

 

D qrupu

Alkmaar (Niderland) – ÇFR (Kluj, Rumıniya) 2:0 Qollar: Qudmundsson, 5. Pavlidis, 86.

Randers (Danimarka) – Yablonets (Çexiya) 2:2 Qollar: Mistrati, 46. Kubitsa, 53-öz qapısına – Kvankara, 73. Kratoxvil, 83.

S   Komanda O Q H M V B F X
1   AZ Alkmaar 4 3 1 0 6 2 +4 10
2   Yablonets 4 1 2 1 5 5 0 5
3   Randers 4 0 4 0 7 7 0 4
4   ÇFR 4 0 1 3 1 5 -4 1

 

   1/8 final         Pley-off

E qrupu

Union Berlin (Almaniya) – Feyenoord (Niderland) 1:2 Qollar: Trimmel, 41 – Sinisterra, 15. Dessers, 72.

Slaviya (Çexiya) – Makkabi (Hayfa, İsrail) 1:0 Qol: Kuçta, 49.

 

S   Komanda O Q H M V B F X
1   Feyenord 4 3 1 0 7 3 +4 10
2   Slaviya Praqa 4 2 0 2 5 4 1 6
3   Makkabi Hayfa 4 1 1 2 1 4 -3 4
4   Union Berlin 4 1 0 3 6 8 -2 3

 

   1/8 final         Pley-off

 

F qrupu

Linkoln (Cəbəllütariq) – Slovan (Slovakiya) 1:4 Qollar: Çipolina, 45+3 – Qrin, 17; 25. Çavriç, 67. Mraz, 71.

PAOK (Yunanıstan) – Kopenhagen (Danimarka) 1:2 Qollar: Jivkoviç, 8 – Ankersen, 34. Byel, 50.

S   Komanda O Q H M V B F X
1   Kopenhagen 4 3 0 1 9 5 +4 9
2   Slovan 4 2 1 1 8 5 +3 7
3   PAOK 4 2 1 1 6 4 +2 7
4   Linkoln 4 0 0 4 2 11 -9 0

 

   1/8 final         Pley-off

 

G qrupu

Tottenhem (İngiltərə) – Vitess (Niderland) 3:2 Qollar: Son, 15. Lukas, 22. Rasmussen, 28-öz qapısına – Rasmussen, 32. Bero, 39.

Renn (Fransa) – Mura (Sloveniya) 1:0 Qol: Bade, 76.

S   Komanda O Q H M V B F X
1   Renn 4 3 1 0 7 4 +3 10
2   Tottenhem 4 2 1 1 10 6 +4 7
3   Vitess 4 2 0 2 6 5 +1 6
4   Mura 4 0 0 4 2 10 -8 0

 

   1/8 final         Pley-off

 

H qrupu

Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan) 1:2 Qollar: X.Kante, 68 – Vadji, 58. Zubir, 72.

Omoniya (Kipr) – Bazel (İsveçrə) 1:1 Qollar: Kakulis, 16 – Milyar, 57.

S   Komanda O Q H M V B F X
1   QARABAĞ 4 3 1 0 8 3 +5 10
2   Bazel 4 2 2 0 8 4 +4 8
3   Omoniya 4 0 2 2 3 8 -5 2
4   Kayrat 4 0 1 3 4 8 -4 1

 

   1/8 final         Pley-off

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər