Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, 8 qrupda 14 görüş baş tutub.

Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı H qrupunda Qazaxıstan "Kayrat"ı Kiprin "Omoniya", Ağdam klubu isə İsveçrə "Bazel"ini qəbul edib. Hər iki görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Konfrans Liqası I tur 16 sentyabr

A qrupu

20:45. HİK (Finlandiya) - LASK (Avstriya) 0:2 Qollar: Maresiç, 17, Monşayn, 89

B qrupu

20:45. "Flora" (Estoniya) - "Gent" (Belçika) 0:1 Qol: Lemaiç, 54

23:00. "Anortosis" (Kipr) - "Partizan" (Serbiya) 0:2 Qollar: Meniq, 42, Qomeş, 68

C qrupu

23:00. "Budyo Qlimt" (Norveç) - "Zarya" (Luqansk, Ukrayna) 3:1 Qollar: Saltnes, 48, Solbakken, 49, Pellegrino, 60 - Qromov, 90+1

23:00. "Roma" (İtaliya) - "MOİK-Sofiya" (Bolqarıstan) 5:1 Qollar: Pelleqrini, 25, 62, El-Şaaravi, 38, Mançini, 82, Abraham, 84 - Keri, 10

D qrupu

23:00. "Randers" (Danimarka) - AZ (Niderland) 2:2 Qollar: Pizinqer, 27, Qraves, 68 - Klasi, 24, Pavlidis, 34

23:00. "Yablonets" (Çexiya) - ÇFR (Kluj, Rumıniya) 1:0 Qol: Pilarj, 51

E qrupu

20:45. "Slaviya" (Praqa, Çexiya) - "Union Berlin" (Almaniya) 3:1 Qollar: Bax, 18, Kuxta, 84, Şrants, 88 - Berens, 70

F qrupu

20:45. "Linkoln" (Cəbəllütariq) - PAOK (Yunanıstan) 0:2 Qollar: Eklom, 45+2, Mitrise, 56

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Kopenhagen" (Danimarka) 1:3 Qollar: Henti, 21 - Vinn, 18, 68, pen. ,Staqe, 41

G qrupu

20:45. "Mura" (Sloveniya) - "Vitess" (Niderland) 0:2 Qollar: Tronstad, 30, Duxi, 69

20:45. "Renn" (Fransa) - "Tottenhem" (İngiltərə) 2:2 Qollar: Tet, 23, Lyabord, 72 - Bade, 11, avtoqol, Xeybyerq, 76

H qrupu

18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) 0:0

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Bazel" (İsveçrə) 0:0

Qeyd edək ki, A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin "Makkabi" (Təl-Əviv) klubu evdə Ermənistan "Alaşkert"ini darmadağın edib - 4:1. Hayfa "Makkabi"si isə Niderland "Feyenoord"u ilə qolsuz heç-heçə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər