Konfrans Liqası: "Kayrat" Bakıya qalib gəlir

Konfrans Liqası: "Kayrat" Bakıya qalib gəlir

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Kayrat" Qazaxıstan çempionatında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, səfərdə "Aktobe" ilə qarşılaşan Almatı təmsilçisi minimal hesabla qalib gəlib.

Əslində, görüşdə 3 qolun hamısını "Kayrat"ın oyunçuları vurub. Artur Şuşenaçov və Qulciqit Alıkulov rəqibi, Nuralı Alıp isə öz qapıçısını məyus edib, yəni avtoqol müəllifi olub. 

Beləliklə, "Kayrat" Bakıya qalib gələcək. 

"Qarabağ"ın qrupdakı digər rəqiblərindən "Bazel" bu gün səfərdə "Syon"la qarşılaşacaq, "Omoniya" isə evdə "Apollon"u qonaq edəcək.

Qazaxıstan Premyer Liqası 24-cü tur  16 otktyabr

17:00. "Aktobe" - "Kayrat" 1:2

Kipr I Diviziyonu 6-cı tur 17 oktyabr 

18:00. "Omoniya" - "Apollon Limasol"

İsveçrə Superliqası 10-cu tur 17 oktyabr

18:30. "Sion" - "Bazel"

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər