Klublararası dünya çempionatı: Lukaku "Çelsi"ni finala daşıdı

Klublararası dünya çempionatı: Lukaku "Çelsi"ni finala daşıdı

Futbol üzrə klublararası dünya çempionatında digər finalçı bəlli olub.

Fanat.Az-ın məlumatına görə, yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.

"Zadəganlar"ın finaldakı rəqibi Braziliya "Palmeyras"ı olacaq. 3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər. Hər iki görüş fevralın 12-də keçiriləcək

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər