Klaus bu tarixdə Bakıda olacaq, millilərə yeni təyinatlar reallaşacaq

Klaus bu tarixdə Bakıda olacaq, millilərə yeni təyinatlar reallaşacaq

AFFA bu ay aşağı yaş qrupları üzrə yığma komandaların yeni baş məşqçilərini müəyyənləşdirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hər şey iyulun 20-dən sonra dəqiqləşəcək.

Belə ki, assosiasiyanın niderlandlı texniki direktoru Edmond Klaus həmin tarixdə Bakıya olacaq. Potensial baş məşqçilərlə ayrı-ayrılıqda görüşəcək Klaus mümkün əməkdaşlıq perspektivlərini müzakirə edəndən sonra rəhbərliyə raport təqdim edəcək. Əcnəbi funksionerin raportu əsasında müəyyənləşdiriləcək məşqçilərlə şərtlər razılaşdırılacaq. 

Toğrul   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər