KL: "Sumqayıt" "Fehervar"a uduzdu

KL: "Sumqayıt" "Fehervar"a uduzdu

Bu gün "Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində matça çıxıb.

Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Macarıstan "Fehervar"ını qəbul edib. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Azarkeş dəstəyi fonunda irəli atılan "Sumqayıt" hesabı açsa da, təmsilçimuzin sevinci uzun sürməyib. Murad Xaçayev komandasını azlıqda qoyub. Az keçməmiş cavab qolunu vuran macarlar fasilədən sonra hesabı xeyirlərinə dəyişə biliblər. Meydan sahiblərinin cəhdlərinə rəğmən, qarşılaşma qonaqların qələbəsi ilə bitib.

Bu cütün güclüsü 3-cü mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

25 iyul

"Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) 1:2

Qollar: Abdullazadə, 20 - Kristensen, 39. Spendler, 52

Qırmızı vərəqə: Xaçayev, 32 (ikinci sarı)

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt": Mehdi Cənnətov, Elvin Bədəlov (k), Murad Xaçayev, Rövlan Muradov, Slavişa Radoviç, Fernando Medeiros, Səbuhi Abdullazadə, Cordan Rezabala, Rəhim Sadıxov, Roy Kexat, Nikola Vujnoviç

Ehtiyat oyunçular: Murad Ağamalıyev, Xəyal Fərzullayev, Vüqar Mustafayev, Nihad Əhmədzadə, Sənan Muradlı, Kamran Quliyev, Uğur Cahangirov, Tressor Mossi 

"Fehervar": Balazs Toth, Nikola Serafimov, Tobias Kristensen, Bence Bedi, Boqdan Melnik, Szabols Şen, Ksaba Spandler, Aron Çongvay (k), Matyas Katona, Milan Peto, Neyk Qradisar.

Ehtiyat oyunçular: Dala, Vezselinov, Larsen, Stafebelli, Kavac. Simut, Bence, Patrik, Huszuti, Ominger, Babos

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər