KL: "Beşiktaş" pley-offda, Zamiqin komandası...

KL: "Beşiktaş" pley-offda, Zamiqin komandası...

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 29 görüş reallaşıb.

“Sabah”la “Araz-Naxçıvan”ın uduzaraq avrokubokla vidalaşdığı gündə Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da qitəmiqyaslı turnirdə mübarizəni dayandırıb. Albaniya təmsilçisi evdə “Olimpiya”ya yenilib. Start "11-lik"də yer alan Zamiq 23-cü dəqiqədə sarı vərəqə görüb. O, matçın 83-cü dəqiqəsində əvəzlənib. Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa yüksəlib. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i evdə də üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub.

"Beşiktaş" səfərdə məğlub etdiyi "Sent Patriks"i İstanbulda da məğlubiyyətə uğradaraq adını pley-offa yazdırıb.

Qazaxıstan "Astana"sı "doğma divarlar arası"nda "Lozanna"ya ciddi müqavimət göstərə bilməyib. İsveçrə komandası evdə olduğu kimi, Qazaxıstanda da inamlı qələbə qazanıb.

Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 14 avqust

Astana (Qazaxıstan) – Lozanna (İsveçrə) 0:2 (1:3) Ararat (Ermənistan) – Sparta (Praqa, Çexiya) 1:2 (1:4) Sabah (Azərbaycan) – Levski (Bolqarıstan) 0:2 (0:1) Levadiya (Estoniya) – Differdanj (Lüksemburq) 1:3 (3:2) Dyor (Macarıstan) – AİK (İsveç) 2:0 (1:2) Hammarbü (İsveç) – Rusenborq (Norveç) 0:1 (0:0) Omoniya (Kipr) – Araz-Naxçıvan (Azərbaycan) 5:0 (4:0) Paks (Macarıstan) – Polesye (Ukrayna) 2:1 (0:3) Şerif (Moldova) – Anderlext (Belçika) 1:1 (0:3) Arda (Bolqarıstan) – Kauno Jalgiris (Litva) 2:0 (1:0) Beytar (İsrail) – Riqa (Latviya) 3:1 (0:3) Brondbü (Danimarka) – Vikinqur Reykyavik (İslandiya) 4:0 (0:3) Vaduts (Lixtenşteyn) – Alkmar (Niderland) 0:1 (0:3) AEK (Afina, Yunanıstan) – Aris (Kipr) 3:1 (2:2) Beşiktaş (Türkiyə) – Sent Patriks (İrlandiya) 3:2 (4:1) Çelye (Sloveniya) – Luqano (İsveçrə) 2:4 (5:0) Makkabi (Hayfa, İsrail) – Rakov (Polşa) 0:2 (1:0) Neman (Belarus) – Klaksvik (Farer adaları) 2:0, penaltilər 5:4 (0:2) Yagelloniya (Polşa) – Silkeborq (Danimarka) 2:2 (1:0) Spartak (Slovakiya) – Universitatya (Krayova, Rumıniya) 4:3 (0:3) Dinamo (Tirana, Albaniya) – Hayduk (Xorvatiya) 3:1 (1:2) Dandi Yunayted (Şotlandiya) – Rapid (Avstriya) 2:2, penaltilər 4:5 (2:2) Linfild (Şimali İrlandiya) – Vikinqur (Farer adaları) 2:0 (1:2) Austria (Avstriya) – Banik (Çexiya) 1:1 (3:4) Eqnatiya (Albaniya) – Olimpiya (Sloveniya) 2:4 (0:0) Hibernian (Şotlandiya) – Partizan (Serbiya) 2:3 (2:0) Santa Klara (Portuqaliya) – Larne (Şimali İrlandiya) 0:0 (3:0) Şemrok Rovers (İrlandiya) – Ballkani (Kosovo) 4:0 (0:1) Virtus (San Marino) – Milsami (Moldova) 3:0 (2:3)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər