"Çelsi" Keynin cavabını gözləyir

"Çelsi" Keynin cavabını gözləyir
"Tottenhem"in hücumçusu Harri Keyn (Harry Kane) "Çelsi"nin maraq dairəsinə düşüb. 
 
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "zadəganlar" 27 yaşlı futbolçu üçün "Mançester Siti" və "Mançester Yunayted"lə mübarizəyə qoşulub. 
 
Məlumata görə, "Tottenhem"in prezidenti Daniel Levi "Çelsi"nin təklifini daha çox bəyənib. Yekun qərarı futbolçunun özü verəcək. 
Qeyd edək ki, İngiltərə millisinin kapitanı ötən mövsüm Premyer Liqada 35 oyun keçirib və 23 qol vurub.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər