1-ci Liqanın 5-ci turunda Buzovnada "Baku Sportinq"in qonağı olan "Şəfa" 2:1 hesablı qələbə qazanaraq bu mövsüm uduzmayan rəqibinə ilk yenilgi acısını daddırdı. Qonaqların baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox agır oyun keçdi. Öncədən də belə olacağını bilirdik. Çünki "Baku Sportinq" həm təcrübəli heyətə malik, həm də yaxşı təşkilatlanmış komandadır. Əvvəlki dörd oyunda məğlub olmamışdılar. Çox vacib 3 xal qazandıq. Belə meydanda göstərdikləri oyuna və əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm".
Nihat