Kay Haverts "Çelsi"yə can atır

Kay Haverts "Çelsi"yə can atır
"Bayer"in yarımmüdafiəçisi Kay haverts karyerasını "Çelsi"də davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, bunu tanınmış insayderlərdən olan jurnalist Fabritsio Romano "Twitter" hesabında yazıb.
Mənbə 21 yaşlı oyunçunun millidəki komanda yoldaşı Timo Vernerin (ötən ay "Layptsiq"dən London klubuna keçib) xüsusi canfəşanlığı sayəsində "zadəganlar"ın formasını geyinməyə can atdığını vurğulayıb.
İnsayderə inansaq, Havertsin agenti  "Bayer" rəhbərliyinə yaxşı təklif gələcəyi halda, müştərisinin klubunu dəyişəcəyini deyib.
"Bayer"in yetirməsi olan Kay bu mövsüm bütün turnirlə çərçivəsində çıxdığı 39 oyunda 15 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər