"Mançester Yunayted"in hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Mənbə bildirir ki, bu yay müqaviləsinin müddəti başa çatacaq uruqvaylı futbolçu ilə sözləşmə yenilənməyəcək. Artıq Kavaninin agentləri İspaniyada klub axtarışına başlayıblar.
Qeyd edək ki, 35 yaşlı forvard "Mançester Yunayted"ə 2020-ci ildə PSJ-dən keçib. O, karyerası ərzində İtaliyada, Fransada, İngiltərədə çıxış edib, lakin İspaniya La Liqasında heç vaxt oynamayıb.