Kante "Çelsi"ni digər İngiltərə nəhənginə dəyişə bilər

Kante "Çelsi"ni digər İngiltərə nəhənginə dəyişə bilər

"Çelsi"nin müdafiəçisi Nqolo Kante karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "ElNacional" yayıb.

Xəbərə görə, Fransa millisinin yarımmüdafiəçisinin xidmətində "Liverpul" maraqlıdır. Mənbə "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun bu transferdə şəxsən maraqlı olduğunu, Nqolonu cari mövsümün sonunda sərəncamında görmək istədiyini vurğulayıb. Futbolçunun özünün də Kloppun komandasında oynamaq varinatına isti yanaşdığı bildirilib.

Qeyd edək ki, Kante "zadəganlar"la müqavilə yeniləməsə, bu ilin yayında azad agentə çevriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər