Bu mövsüm "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante üçün sonuncu ola bilər.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Fransa millisinin 29 yaşlı üzvü ilə baş məşqçi Frenk Lempardın arası dəyib.
Belə ki, bir müddət öncə yaxın dostunun toyunda iştirak etmək üçün ingilis çalışdırıcıdan birgünlük icazə istəyən Kante rədd cavabı alıb.
Mənbə bu məqamın indiyə qədər intizamla bağlı problem yaşamayan futbolçuya pis təsir etdiyini vurğulayıb və Nqolonun mövsümün sonunda iş yerini dəyişəcəyini iddia edib.
Qeyd edək ki, Kantenin xidmətində "Real" və "İnter" maraqlıdı.
Fanat.Az