Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR

Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR
"Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib. 
Fanat.Az xəbər verir ki, "Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.
Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın "Williams” komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.
Sərbəst yürüş isə ləğv olunub. 
Fanat.Az
 Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR Kanalizasiya qapağı Bakıda "Formula 1"in dayandırılmasına səbəb oldu - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər