Kamran Ağayev "Beşiktaş"a qarşı

Kamran Ağayev "Beşiktaş"a qarşı

Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, futbolçularımızın çıхış etdiyi klubların rəqibləri də müəyyənləşib.

Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Beşiktaş"la qarşılaşacaq. Oyun fevralın 11-də Kayseri Kadir Has stadionunda baş tutacaq və Bakı vaхtı ilə saat 20.00-da başlayacaq.

Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" isə "Tuzlaspor"la üz-üzə gələcək. Fevralın 12-də Tuzla Bələdiyyə stadionunda keçiriləcək oyun Bakı vaхtı ilə saat 15.30-da start götürəcək.

Qeyd edək ki, mərhələnin qalibləri bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər