Topaz Premyer Liqasının XX turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. Fanat.az xəbər verir ki, qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız I divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib. Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandı.
Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb. Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir.
Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5:1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb - 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadı - 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə).
| 26.11.2006 | Simurq (Zaqatala) - Bakı | 0:0 |
| 18.05.2007 | Bakı - Simurq (Zaqatala) | 3:2 |
| 07.10.2007 | Bakı - Simurq (Zaqatala) | 1:1 |
| 13.04.2008 | Simurq (Zaqatala) - Bakı | 0:0 |
| 16.11.2008 | Simurq (Zaqatala) - Bakı | 2:1 |
| 02.05.2009 | Bakı - Simurq (Zaqatala) | 1:0 |
| 12.09.2009 | Bakı - Simurq (Zaqatala) | 1:2 |
| 13.12.2009 | Simurq (Zaqatala) - Bakı | 1:2 |
| 19.09.2010 | Simurq (Zaqatala) - Bakı | 1:1 |
| 05.12.2010 | Bakı - Simurq (Zaqatala) | 0:1 |
| 14.08.2011 | Bakı - Simurq (Zaqatala) | 0:0 |
| 20.02.2012 | Simurq (Zaqatala) - Bakı | 0:2 |
| 10.08.2012 | Bakı - Simurq (Zaqatala) | 0:0 |
| 22.02.2013 | Simurq (Zaqatala) - Bakı | 0:0 |
| 30.03.2013 | Simurq (Zaqatala) - Bakı | 0:1 |
| 28.04.2013 | Bakı - Simurq (Zaqatala) | 2:1 |
| 24.08.2013 | Simurq (Zaqatala) – Bakı | 0:3 |
| 01.11.2013 | Bakı - Simurq (Zaqatala) | 3:2 |
Fanat.az