Kaka yenidən "Milan"da

Kaka yenidən "Milan"da

İtaliya A Seriyasında mübarizə aparan "Milan" yenidən Kakanı heyətinə qatıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu "qırmızı-qaralar"la 2 ilik müqavilə imzalayacaq.

Bir müddət əvvəl "Real"dan ayrılmaq istədiyini bildirən Kakaya Milan təmsilçisi ildə 4 milyon avro ödəyəcək. Massimilano Alleqri yeni transferi haqda bunları bildirib: "Onun komandaya qoşulmasını gözləyirik. Kakanın gəlişi komandanın texniki səviyyəsini və inamını artıracaq".

Qeyd edək ki, Kaka 2003-cü ildə "San Paulo"dan "rossenyerlər"ə transfer olub. Daha sonra 2009-cu ildə 65 milyon avro müqabilində Madridə üz tutub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər