Jorjinyo "Çelsi"dən ayrılır - Anlaşa bilmədilər

Jorjinyo "Çelsi"dən ayrılır - Anlaşa bilmədilər

"Çelsi"nin yarımmüdafiəçisi Jorginyo London klubunda son aylarını keçirir. 

Fanat.Az xəbər verir ki, "The Athletic" belə iddia ilə çıxış edib. 

Mənbənin məlumatına görə, italiyalı futbolçu yeni müqavilənin şərtləri ilə bağlı klubla razılığa gələ bilməyib. Hazırkı müqavilənin müddəti 2023-cü ilin yayında başa çatır. 

Jorginyo 2018-ci ilin yayında 57 milyon avroya "Napoli"dən "Çelsi"yə keçib. O, "mavilər"in heyətində 207 oyun keçirib, 29 qol vurub və 9 məhsuldar ötürmə edib. Jorginyo 2021-ci ildə "Çelsi"nin Çempionlar Liqasını qazanmasında əsas pay sahiblərindən olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər