İtaliya yığması Bakıda darmadağına üzüldü

İtaliya yığması Bakıda darmadağına üzüldü

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir.

Fanat.Az xəbər verir ki, oyunlara Bakı Tennis Akademiyası ev sahibliyi edir.

Üçüncü oyun gününün daha iki qarşılaşması başa çatıb. A qrupunda Serbiya yığması İtaliya millisinə böyük hesabla qalib gəlib. Ukrayna və Fransa yığmalarının oyununda isə qalib müəyyənləşməyib.

Günün son oyununda Azərbaycan millisi Gürcüstan yığmasıyla qarşılaşır.

Turnirə mayın 6-da yekun vurulacaq.

Beynəlxalq Minifutbol Turniri 3 may

A qrupu

Gürcüstan – Çexiya 3:6

Serbiya – İtaliya 9:3

20:30. Azərbaycan – Gürcüstan

B qrupu

Ukrayna – Cənubi Afrika 6:1

Türkiyə – Qazaxıstan 2:0

Ukrayna – Fransa 2:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər