"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, Kallumun xidmətində "Latsio" maraqlıdır. Mənbə Roma təmsilçisinin 22 yaşlı vingeri sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istəyir. Tərəflərin hazırda bu yöndə danışıq apardığı bildirilib.
Qeyd edək ki, Hadson-Odoi 2022/2023 mövsümünü icarə əsasında "Bayer Leverkuzen"də keçirib.
Nihat