İtaliya - Azərbaycan oyununa buraxılmayacaq

İtaliya - Azərbaycan oyununa buraxılmayacaq

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio irqçi ifadələri ilə əlaqədar 6 ay müddətinə diskvalifikasiya edilib. Fanat.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

71 yaşlı funksioner yarım il ərzində Avropa futbol qurumunda heç bir fəaliyyətlə məşğul olmayacaq, O cümlədən, 2015-ci ilin martında UEFA-nın illik konqresində iştirak edə bilməyəcək. Qurum habelə, vətənində rasizmlə mübarizəyə həsr olunmuş xüsusi tədbir təşkil etməyi Tavekkionun üzərinə qoyub. Amma onun FİGC prezidenti postunda qalıb-qalmayacağı bilinmir. 

Qeyd edək ki, iyulun sonlarında Karlo Tavekkio İtaliya klublarındakı legionerlərlə bağlı çıxışında afrikalı futbolçuların ünvanına təhqiramiz ifadələr səsləndirib: "Dünən banan yeyənlər birdən-birə "Latsio"nun əsas oyunçularına çevrilirlər". Sonradan Tavekkio dediklərinə görə üzr istəyib. Avqustun 11-də isə o, FİGC-in prezidenti seçilib. Bunadək Tavekkio İtaliya Həvəskar Liqasının rəhbəri olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər