"İsveçrənin Serbiyadan güclü olduğunu bilirdik"

"İsveçrənin Serbiyadan güclü olduğunu bilirdik"

Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro dünya çempionatında İsveçrə üzərində 1:0 hesablı qələbə qazandıqları oyunla bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, "Globo Esporte" qələbə qolunun müəllifinin sitatını belə təqdim edib:  

“Turnir başlamazdan əvvəl qrupumuzun çətin olduğunu bilirdik. Serbiya öz oyun dəst-xətti olan güclü komandadır. Amma İsveçrə millisinin daha güclü, onlarla görüşün daha çətin olacağını da bilirdik. Səbrli davrandıq, detallara diqqət yetirdik və topa nəzarət etdik. Xoşbəxtlikdən qolu məhz mən vurdum.

Əsas məqsədimiz pley-offa çıxmaqdı. Bu, vacib idi. Biz çətinliklərin öhdəsindən gəldik və səbrimizə görə mükafatlandırıldıq”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər