Qış fasiləsinə 3 tur qalmasına baxmayaraq, artıq bir futbolçunun AZAL-dan ayrılacağı məlum olub. Fanat.az xəbər verir ki, söhbət isveçli Freddi Borqdan gedir.
Vaqif Sadıqov tərəfindən oynamaq şansı qazanmayan 30 yaşlı futbolçu artıq Bakıda qalmaq istəmir. Deyilənə görə, o, məşqlərə də qeyri-ciddi yanaşır. Futbolçu Azərbaycanı tərk etmək üçün dekabrın sonunu gözləyir.
rekord.az